BAKI, 25 fevral. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Abbas Əraqçi ilə görüşü başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı enerji və nəqliyyat sahələrindəki əsas ortaq layihələrin icrası çərçivəsində qarşılıqlı ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün xarici işlər naziri Sergey Lavrov Tehranda işgüzar səfərdədir.