BAKI, 25 fevral. TELEQRAF

"Baş nazir Əli Əsədova ünvanladığımız müraciətimizə hələ cavab gəlməyib. Amma inanıram ki, yaxın günlərdə müsbət reaksiya olacaq".

Bu sözləri Teleqraf-a Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciətindən danışarkən deyib.

Qeyd edək ki, R.Balayev bu yaxınlarda Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır. Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentlər sırasında uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılması, animasiya filmlərinin istehsalının dəstəklənməsi yer alır.