
BAKI, 25 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin dəstəyini almadan və amerikalı həmkarı Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etmədən Vaşinqtonu tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Britaniya nəşri yazır ki, Makron və bu həftənin sonunda Vaşinqtona gələcək Böyük Britaniya Baş naziri Kir Starmer son onilliklərin ən ciddi böhranını yaşayan transatlantik ittifaqı xilas etməyə çalışır.
“Starmer də çətin vəzifə ilə üz-üzədir: Amerika liderini Avropa ilə əlaqələri kəsməkdən çəkindirməyə çalışmalıdır”, - məqalədə deyilir.