.jpg)
BAKI, 25 fevral. TELEQRAF
"Hər dəfə vurğulayırıq ki, siz xoşbəxt nəsilsiniz, bu həqiqətən də belədir".
Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gənc nəsil 1988, 1990, 1992-ci illərdə baş verən müharibələri görməyib.
"Siz bu qırğınların heç birini görməmisiniz. Qaçqınçılıq, qıtlıq görməmisiniz. Bunların hamısı Azərbaycanın çətin, ağır günləri idi. Siz müstəqil Azərbaycanın gənclərisiniz. Siz artıq torpaqları azad olunmuş, güclü bir vətənin vətəndaşlarısınız".
Sədr əlavə edib ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunması üçün öz töhfəsini verməlidir.
"Qərbi Azərbaycan öz torpaqlarına qayıtmalıdır. Sizin məsuliyyətiniz isə müstəqil Azərbaycanın hədəfləridir. Bizim hədəfimiz tarixi torpaqlara qayıdışdır. Bu gün Qərbi Azərbaycan məsələsi 60 milyonun məsələsidir", - deyə o çıxışında vurğulayıb.