
BAKI, 25 fevral. TELEQRAF
Avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi son dörd ildə təxminən 5 dəfə artıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, 2024-cü ildə daşınan tranzit yüklərin həcmi 7,2 mln. ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13 faiz artım deməkdir.
Qeyd edək ki, 2023- cü ildə avtomobil nəqliyyatı ilə 6,4 mln. ton, 2022-ci ildə 4,1 mln. ton, 2021-ci ildə 2,1 mln. ton, 2020-ci ildə isə 1,5 mln. ton tranzit yükləri daşınıb.