BAKI, 25 fevral. TELEQRAF

Fransanın müstəmləkə ərazilərdən gələn xarici jurnalistlər ADA universitetində media və kommunikasiya məktəbinin tələbələri ilə görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarında paylaşım edilib.

Görüşdə jurnalistlər şəxsi təcrübələrini və praktikalarını gələcək media nümayəndələri ilə bölüşüblər.

Bununla yanaşı, ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.