
BAKI, 25 fevral. TELEQRAF
Rumıniyanın İrəvandakı səfiri Kornel İonesku Vayots Dzor rayonunda (Dərələyəz) Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının patruluna qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə Aİ missiyasının "X" sosial media hesabında bildirilib.
“Rumıniyanın Ermənistandakı səfiri Kornel İoneskunu qəbul etmək şərəf idi. Ona missiyanın cari fəaliyyəti, yerlərdəki vəziyyət barədə məlumat verilib. Səfir Xaçik kəndində patrula qoşulub”, - paylaşımda deyilir.
Həmçinin qeyd edilib ki, Rumıniya Aİ-nin monitorinq missiyasına cəlb olunan müşahidəçilərin sayına görə ikinci ölkədir.
Xatırladaq ki, Aİ yanvarın 29-da Ermənistandakı missiyasının daha iki il uzadılması barədə qərar verib. Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən missiyanın bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.