BAKI, 25 fevral. TELEQRAF

Qaradağ Günəş Elektrik Stansiyasında qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19 fevral tarixində gün ərzində 224.4 meqavat-saat enerji istehsal olunduğu halda, 24 fevral tarixində eyni göstərici 1494.9 meqavat-saata yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, buna səbəb stansiyada panellərin maili yerləşdirilməsi və səthinin sürüşkən olması nəticəsində qarın asanlıqla təmizlənməsidir.

Fevralın 24-də qar yağmasına baxmayaraq, stansiya 230 meqavat maksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.

Məlumata görə, soyuq hava isə panellərin daha səmərəli işləməsinə kömək edir və onların performansını artırır.