BAKI, 25 fevral. TELEQRAF

Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Akademiyasının kursantları fevralın 10-14-də Yunanıstanda Evelpidon Hərbi Məktəbinin təşkil etdiyi qış təlimində iştirak ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Ermənistan və Yunanıstandan başqa, Bolqarıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadan olan kursantlar da iştirak ediblər.