
BAKI, 25 fevral. TELEQRAF
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, növbəti iclas fevralın 27-də keçiriləcək.
Xatırladaq ki, Komissiyasının ilk iclası fevralın 12-də olub və 100-dən çox müraciətə baxılıb.