BAKI, 25 fevral. TELEQRAF

"Atamın səhhəti ağırdır. Hazırda evdədir. İki gündən sonra yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdiriləcək və sol ayağı amputasiya ediləcək".

Bu sözləri Teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi atasının səhhətindəki son durum haqqında danışarkən deyib.

Qeyd edək ki, N.Mehdinin ayağında baş barmağı amputasiya edilib. Onun 73 yaşı var.