
BAKI, 25 fevral. TELEQRAF
Ukrayna Ali Radası Prezident Volodimir Zelenskiyə dəstək verən bəyanatı 268 səs ilə qəbul edib.
Teleqraf xəbər verir ki, səsvermə ikinci dəfə həyata keçirilib. İclasda iştirak edən 12 deputat sənədin lehinə səs verməyib.
Ali Rada qeyd edib ki, Ukraynada tətbiq olunan hərbi vəziyyət seçkilərin Konstitusiyaya uyğun keçirilməsinə imkan vermir. Eyni zamanda Ukrayna xalqı birləşib və bu cür seçkilərin müharibənin bitməsindən sonra keçirilməli olduğunu bəyan edir.