
BAKI, 24 fevral. TELEQRAF
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 107 maddə ilə genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ölkə Rusiyanın enerji resurslarının daşınması ilə əlaqəli olduğu iddia edilən 40 neft tankerinə sanksiya tətbiq edib.
Bununla da Londonun məhdudiyyətləri altında olan gəmilərin ümumi sayı 133-ə çatıb.