“Cavab oyunu barədə danışmaq tezdir. Bizim hələ “Mançester Siti” ilə Premyer Liqa oyunumuz var. Cavab oyunu barədə sonra düşünəcəyik”.

Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

“Qapıçımız buraxılan qola görə kədərləndi. Dominant tərəf biz idik, amma müəyyən boşluğa yol verdik. Bunun üzərində işləməliyik. Bu gün çox yaxşı pressinq etdik, həm də əks-hücumlarda yaxşı idik. “Qarabağ burada “Çelsi” ilə çox yaxşı oynayıb. Öz evimizdəki oyuna hazırlığımızı davam etdirəcəyik. Komandaya inandığımızı, ən yaxşılardan biri olduğumuzu göstərdik. Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır. Həm evdə, həm də səfərdə bizim üçün azarkeşlərin dəstəyi önəmlidir. Onlar uzun yol qət edərək bizi dəstəkləməyə gəlmişdilər” - İngiltərə təmsilçisinin baş məşqçisi əlavə edib.

“Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. Mütəmadi olaraq deyirəm ki, “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir” - Eddi Hau əlavə edib.