FİFA Prezidenti Canni İnfantino sosial media hesabında "Benfika" və "Real Madrid" komandaları arasında keçirilən oyunda baş verən irqçi insidentdən şoka düşdüyünü bildirib .
Teleqraf xəbər verir ki, barədə İnfantinonun özü sosial şəbəkə hesabında yazıb: "Vinisiusa qarşı edilən irqçi hadisənin şahidi olduğum üçün həm şoka düşdüm, həm də kədərləndim. İdmanımızda və ya cəmiyyətimizdə irqçiliyə yer yoxdur - bütün maraqlı tərəflərin tədbir görməsini və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsini istəyirik".
Qeyd edək ki, ötən gecə "Benfica" və "Real Madrid" komandaları arasında keçirilən Çempionlar Liqasının matçında qalmaqal yaşanıb. Məlumata görə, "Real Madrid"in futbolçusu Vinisius Junior oyunda irqçi ifadələrlə təhqir edilib.
Kylian Mbappe bildirib ki, “Benfika”nın 25 nömrəli oyunçusu Vinisiusu beş dəfə “meymun” adlandırıb: “Onun adını belə çəkmək istəmirəm, çünki buna layiq deyil. Bu gün futbolda bütün dəyərlər itib.”
50-ci dəqiqədə Vinisius matçda yeganə qolu vurub və daha sonra künc bayrağının yanında qolunu təxribatçı şəkildə qeyd edib. Daha sonra o, hakimə həmin anda Canluka Prestianni tərəfindən irqçi təhqirlərə məruz qaldığını bildirib. Braziliyalı futbolçu "Benfika"nın oyunçusunun onu "meymun" adlandırdığını iddia edib.