Bakı, 6 mart, TELEQRAF

Belçika bu il Ukraynanı "F-16" qırıcıları üçün ehtiyat hissələri ilə təmin etmək niyyətindədir.

Teleqraf RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bart de Vever Avropa İttifaqının Brüssel sammitindən əvvəl bildirib.

“Biz F-16-ları təhvil verəcəyik. Bunu ən qısa zamanda edəcəyik. Biz artıq təlimlərlə məşğuluq, pilot hazırlayırıq. Biz Ukraynaya ehtiyat hissələri tədarük edəcəyik”, - siyasətçi Brüsselin vəd etdiyi çatdırılmanı bir daha təxirə salmaq niyyətində olduğunu bildirib.

Bununla yanaşı, de Vever təyyarələrin bu il Kiyevə göndərilə biləcəyini istisna etməyib, lakin qeyd edib ki, Ukrayna 2026-cı ildə döyüşə hazır olan qırıcıları gözləməlidir.

2024-cü il dekabrın 18-də məlum olub ki, Belçika "F-16" qırıcılarını ilin sonuna qədər Ukraynaya vəd etdiyi vaxtda çatdıra bilməyib. Ölkənin müdafiə naziri Ludivine Dedonderin sözlərinə görə, bu, təlim keçmiş ukraynalı pilotların olmaması və ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır.