
Bakı, 6 mart, TELEQRAF
Bu ilin aprelində Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq.
Teleqraf xəbər verir ki, hemodializ xidmətinin göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş wi-fi və qulaqcıq girişli HD keyfiyyətli televizorları olan 3 idarəetmə mühərrikli hemodializ kresloları, eləcə də ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazı alınıb. Həmçinin Hemodializ Mərkəzində osmos cihazları quraşdırılıb. Bu cihaz nəticəsində hemodializ prosesində toksinlərin və artıq maddələrin effektiv şəkildə təmizlənməsi təmin ediləcək və müalicə proseslərinin daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradılacaq.
Hemodializ Mərkəzində uşaqların dializ prosesi üçün xüsusi bir pediatrik dializ bölməsi də yaradılıb.