Bakı, 6 mart, TELEQRAF

Enerji sektorunda atdığımız bu addım sadəcə infrastruktur layihəsi deyil, “İki dövlət, bir millət” anlayışının ən bariz nümunəsidir.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi nəhəng layihələrə imza ataraq qlobal enerji təhlükəsizliyinə töhfə verən Türkiyə və Azərbaycan bu gün Naxçıvana təbii qazı fasiləsiz çatdıraraq ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyirlər.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan qardaşlığının yeni simvolu olan boru kəməri BOTAŞ və SOCAR-ın iş birliyi ilə inşa edilib və 2 milyon kubmetr qaz nəql etmək imkanına malikdir.