Bakı, 6 mart, TELEQRAF

Avropa Mərkəzi Bankının (AMB) İdarəetmə Şurası hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb.

Teleqraf AMB-yə istinadən xəbər verir ki, faiz endirimindən sonra baza dərəcəsi illik 2,65 faiz, depozit dərəcəsi 2,5 faiz, marjinal kredit faizi isə 2,9 faiz təşkil edib.

Bugünkü faiz endirimi 2024-cü ilin iyununda monetar yumşalma dövrü başlayandan bəri altıncı olub.

2023-cü ilin sentyabrından bəri AMB, inflyasiyanı orta müddətli iki faizlik hədəfə yönəltmək məqsədi ilə faizləri rekord səviyyədə saxlamışdı. Əvvəlki faiz endirimindən sonra avrozonada qiymət artımının bir qədər də sürətləndiyi məlum olub.

AMB-nin qərarı bütövlükdə avrozonada artımın ləng olması və inflyasiyanın fevral ayında bankın 2%-lik hədəfinə yaxın 2,4% olmasından sonra verilib.