
BAKI, 6 mart. TELEQRAF
"28 May" metro stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.