TBİLİSİ, 6 mart. TELEQRAF

“NATO-ya üzvlük Gürcüstanın strateji məqsədi olaraq qalır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibəsində deyib.

Nazir Alyansın 2008-ci ildə qapılarının Ukrayna və Gürcüstan üçün açıq olması ilə bağlı vədini xatırladaraq bildirib ki, bu qapılar heç zaman açılmayıb.

“Qərarlar həyata keçirilə bilən olmalıdır”, - M.Boçorişvili qeyd edib.

XİN başçısı, həmçinin vurğulayıb ki, bugünkü siyasətdə hər bir ölkə ilk növbədə öz milli maraqlarının qayğısına qalmalıdır.