BAKI, 12 mart. TELEQRAF

Avrasiya İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə layihələri maliyyələşdirə bilər.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər ki, bu barədə Bankın İdarə Heyətinin sədri Nikolay Podquzov bu gün Azərbaycanın maliyyə naziri Sahil Babayevlə görüşü zamanı deyib.

Görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib.

S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.