TBİLİSİ, 12 mart. TELEQRAF

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının Gürcüstan tərəfdən yeni tərkibi təsdiqlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Sənədə əsasən, baş nazirin I müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Koordinasiya Şurasına həmsədrlik edəcək.

Şuranın yeni tərkibi iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili, xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili, ədliyyə nazirinin müavini Beka Dzamaşvili, maliyyə nazirinin müavini Giorgi Kakauridze, Dəmir yolu nəqliyyatı Agentliyinin direktoru Erekle Kejeraşvili və “Gürcüstan dəmir yolları” SC-nin direktoru David Peradzedən ibarətdir.