BAKI, 10 mart. TELEQRAF

Eyndhoven şəhərində keçirilən taekvondo üzrə 52-ci açıq Niderland çempionatının ikinci günündə Azərbaycan milli komandasının üzvləri yeniyetmələr arasında 5 qızıl, 5 gümüş, 6 bürünc medal əldə ediblər.

Teleqraf xəbər verir ki, təmsilçilərdən Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) Rəsul Cavadzadə (61 kq) qızıl, Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, yarışda Azərbaycanı 24 taekvondoçu təmsil edib.