
BAKI, 10 mart. TELEQRAF
Almaniya Fransa və Böyük Britaniya ilə nüvə silahlarının birgə istifadəsini müzakirə etməlidir.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın gələcək kansleri Fridrix Mers deyib.
“Nüvə müdafiəsi baxımından Avropada özümüzü birlikdə gücləndirməliyik. Ona görə də ötən həftə Parisdə Emmanuel Makronla bunu müzakirə etdim. İndi ideyalarımızı bir-birimizlə razılaşdırmaqla başlamaq istəyirik”, - siyasətçi bildirib.
Həmçinin Mers vurğulayıb ki, Almaniyanın özü nüvə silahına malik ola bilməz və olmamalıdır: “Çünki bu, ən azı iki müqavilə ilə qadağandır və bu müqavilələr qüvvədə qalacaq”.