BAKI, 10 mart. TELEQRAF

ABŞ Dövlət Departamenti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni, yəni 52 min müqaviləni ləğv edib, qalan 18%-i isə Dövlət Departamentinin nəzarəti altında həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

"Altı həftəlik yoxlamadan sonra biz USAID-in 83% proqramlarının fəaliyyətini rəsmi olaraq dayandırdıq. Hazırda ləğv edilmiş minlərlə müqavilə və onların reallaşdırılması üçün istifadə olunan onlarla milyard dollar ABŞ-nin maraqları üçün xərclənməyib",- o qeyd edib.

Dövlət katibi proqramların qiymətləndirilməsində ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska da təşəkkür edib.