
BAKI, 26 fevral. TELEQRAF
Rusiya və ABŞ heyətləri arasında növbəti görüş fevralın 27-də İstanbulda gerçəkləşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Onun sözlərinə görə, görüşdə keçmiş administrasiya dövründən yığılıb-qalmış problemlər müzakirə olunacaq.
ANKA agentliyi isə Türkiyənin diplomatik mənbələrinə istinadən görüşün texniki detallar ətrafında aparılacağını bildirib: “Türkiyənin ABŞ-Rusiya görüşü başda olmaqla Ukraynada sülhün bərqərar olmasına hər cür dəstək verəcək”.