
BAKI, 7 fevral. TELEQRAF
Fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb.
Bu barədə Teleqraf-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gəncin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.