BAKI, 17 noyabr. TELEQRAF

Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətinin rəhbərliyi "Hells Angels" motosiklet klubunun yerli filialının qeydiyyatını ləğv edib.

Teleqraf xəbər verir ki, bu filialın üzvləri ağır cinayətlər törətməkdə ittiham olunurlar.

Yerli polisin verdiyi məlumata görə, bazar ertəsi axşamı polis Mönchengladbach şəhərindəki filialda axtarış aparıb və klubun yüksək vəzifəli üzvünü həbs edib.

İstintaqa görə, dəstə üzvləri cinayətkar təşkilat yaradıblar və ağır bədən xəsarətləri yetirməkdə, narkotik qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, şantajda, hədə-qorxuda, soyğunçuluqda və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

DPA-nın əldə etdiyi məlumata görə, müstəntiqlər həmçinin şöbənin Türkiyənin ifrat sağçı "Boz Qurdlar" hərəkat ilə mümkün əlaqələrini də yoxlayırlar.