BAKI, 17 noyabr. TELEQRAF

Yəmən üsyançı hərəkatının Ənsar Allah təşkilatından olan husilər Səudiyyə Ərəbistanı paytaxtının qərbindəki iki neft nasos stansiyasına pilotsuz təyyarələrlə hücumlar həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib:

"Silahlı qüvvələrimiz iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı üç dron Ər-Riyadın qərbindəki Şərq-Qərb boru kəmərindəki 9 nömrəli nasos stansiyasına hücum edib. İkinci əməliyyat eyni boru kəmərindəki 8 nömrəli nasos stansiyasını hədəf alıb. Hücumlar nəticəsində obyektlərdə böyük yanğınlar baş verib".