SAMUX, 17 noyabr. TELEQRAF

Samuxda ölümlə nəticələnən avtoqəza hadisəsi olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.