BAKI, 17 noyabr. TELEQRAF
Müvafiq tərəflər Ukraynanın "Starshield"ə tam çıxışını bərpa etməyə çalışırlar, lakin bunun nə vaxt başa çatacağı məlum deyil.
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
O, alyansın qərargahında Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib ki, Ukraynanın "Starshield"ə çıxışının mümkün qədər tez bərpa olunması üçün tərəflər işləyir.
Noyabrın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski "Starshield" sistemində qoşulmaqda çətinlik çəkdiklərini qeyd edib. O, peyk rabitə sürətinin saatda 161 km-ə düşdüyünü bildirib.