BAKI, 17 noyabr. TELEQRAF

NATO ölkələri "Ukraynanın Prioritet Tələblər Siyahısı" (PURL) təşəbbüsü çərçivəsində Kiyevə silah almaq üçün ABŞ-yə 10 milyard dollardan çox pul ödəyiblər.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte alyansın qərargahında Ukraynaya silah təchizatı üzrə Təmas Qrupunun iclasından sonra bildirib.

Rutte mətbuat konfransında bildirib ki, NATO ölkələri artıq PURL proqramı çərçivəsində Ukraynaya ABŞ-dan silah almaq üçün 10 milyard dollardan çox dəstək ayırıblar: "Lakin NATO ölkələri yükü daha ədalətli şəkildə bölüşdürməlidirlər, çünki bir neçə NATO ölkəsi hələ də xərclərin əsas hissəsini öz üzərinə götürür".