BAKI, 17 noyabr. TELEQRAF
Bakının Nizami rayonunda küçədə bir nəfər dava zamanı bıçaq xəsarətləri alıb.
Teleqraf xəbər verir ki, hadisə T.Abbasov küçəsində baş verib.
1977-ci il təvəllüdlü Məhərrəmov Zamin Knyaz oğlu yaşadığı evdən tanışı tərəfindən çölə çağırılıb. Daha sonra onun belinə bir neçə bıçaq zərbəsi endirilib.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.