BAKI, 17 noyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi büdcədəki ehtiyacı qarşılamaq üçün Qərb tərəfdaşlarından daha 40 F-16 təyyarəsi və 8 milyard avro istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski Brüsseldə NATO-nun qərargahında Ukraynaya silah təchizatı üzrə təmas qrupunun (Ramşteyn formatı) iclasında videokonfrans vasitəsilə çıxış edərkən bildirib: "Bizə daha çox qırıcı təyyarə, daha çox F-16 lazımdır. Ukraynanın daha 40 F-16-ya ehtiyacı var".
Zelenski əlavə maliyyə dəstəyi də tələb edib: "Ukraynanın hərbi büdcə kəsirini ödəmək üçün bu il əlavə 8 milyard avroya ehtiyacı var. Biz tərəfdaşlarımızdan "Patriot" və IRIS-T raketlərini istəyirik".