BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Amerikanın Bəhreyndəki hərbi bazasına doğru buraxılan bir neçə İran dronunu məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən bu gün Bəhreyn istiqamətində buraxılan bir neçə zərbə PUA-sı Amerika hərbi texnikasına heç bir zərər vurmadan məhv edilib”, - komandanlığın X sosial şəbəkəsindəki açıqlamasında bildirilib. Həmçinin qeyd olunub ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

SEPAH bundan əvvəl Bəhreyndəki Şeyx İsa aviabazasında yerləşən ABŞ radar sisteminə zərbə endirdiyini açıqlamışdı.