BAKI, 27 iyun. TELEQRAF
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, qarşılaşma Fransa millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Norveçin yeganə qolunu 21-ci dəqiqədə Teo Oasqard vurub. Fransa millisində Usman Dembele het-trik edib. O, 7, 20 və 32-ci dəqiqələrdə fərqlənib. Komandanın digər qoluna isə 80+4-cü dəqiqədə Desire Due imza atıb.
Bu nəticədən sonra Fransa I qrupunda xalını 9-a çatdıraraq lider olub. Norveç isə 6 xalda qalıb.
***
00:59
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Fransa yığması 4-cü dəfə rəqibi mərkəzdən başlamağa dəvət edib.
Yığmanın 4-cü qolunun müəllifi Dezire Due olub.
***
00:15
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, ikinci hissənin ilk dəqiqələrində penalti zərbəsi qazanan Norveç yığması fürsətdən yararlana bilmədi.
***
00:09
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb.
***
23:57
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi məhsuldar keçib. Qapılara ümumilikdə 4 qol vurulub.
***
23:35
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Fransa yığması fərqi yenidən 2-yə çatdırıb. Usman Dembele 32-ci dəqiqədə het-trikə imza atıb.
***
23:23
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Norveç millisi hesabdakı fərqi 1-ə endirib.
***
23:21
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Fransa yığması fərqi 2-yə çatdırıb. Usman Dembele 20-ci dəqiqədə dubla imza atıb.
***
23:08
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu keçirilir.
Teleqraf xəbər verir ki, Fransa yığması hesabı açıb. 7-ci dəqiqədə Usman Dembele fərqlənib.
***
23:00
2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu başlayıb.
Teleqraf xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matç öncəsi Fransa 2 oyundan sonra 6 xalla I qrupunun lideridir. Norveç də eyni sayda oyundan 6 xal toplayıb və top fərqinə görə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu görüş qrup liderliyi baxımından xüsusi önəm daşıyır.