BAKI, 18 noyabr. TELEQRAF

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin üzvü Rumman Hüseynov Astanada keçirilən “Qazax dili” adlı respublika tədbirində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif olunub.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

Rumman Hüseynova qazax dilinin inkişafına, milli dəyərlərin təbliğinə, sosial əhəmiyyətli tədbirlərin təşkilinə, eləcə də cəmiyyətdə dostluq, həmrəylik və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.

Mükafatın verilməsi gəncin qazax dilinin nüfuzunun artırılması, onun cəmiyyətdəki rolunun gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən qiymətin göstəricisi olduğu bildirilib.

Məlumat üçün qeyd edək ki, Rumman Hüseynov Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı olub.