BAKI, 13 mart. TELEQRAF

İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri cari mövsümün sonunda istefaya göndərilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Şkira məlumat yayıb.

Mümkün gedişin əsas səbəbi 67 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı münasibətlərin tamamilə korlanmasıdır.

Tərəflər arasında 2028-ci ilə qədər qüvvədə olan müqaviləyə baxmayaraq, yayda qarşılıqlı razılaşma yolu ilə xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Latsio" 28 turdan sonra topladığı 37 xalla A Seriyasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.