BAKI, 18 noyabr. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Teleqraf xəbər xəbər verir ki, milli səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Europa Point Stadium”da keçirilən görüş Rəşad Eyyubovun rəhbərlik etdiyi komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Matçda yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.

Qeyd edək ki, B qrupunda yer alan U-21 Azərbaycan yığması 5 oyundan sonra 5 xalla 5-ci pillədə qərarlaşıb.