BAKI, 14 oktyabr. TELEQRAF
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət komandası ilə üz-üzə gələcək.
"Liv Bona Dea Arena" təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan isə üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Cəbəllütariqin xalı yoxdur.