BAKI, 4 sentyabr. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin “Liverpul” klubu vingeri Federiko Kyezanın adını iştirak ərizəsinə salmayıb.
Teleqraf xəbər verir ki, 27 yaşlı italiyalının siyahıda yer almamasının səbəbi yaxşı formada olmamasıdır.
Cari mövsümdə Kyeza 3 matçda iştirak edib və 1 qol vurub. Ötən mövsümdə isə “qırmızılar”ın heyətində 14 oyunda meydana çıxaraq 2 qol və 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Ağdam təmsilçisi Çrmpionlar Liqasının 8-ci turunda yanvarın 28-də səfərdə "Liverpul"la qarşılaşacaq.