BAKI, 23 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezaşkian ABŞ Prezidenti Donald Trampın sözlərinə cavab olaraq ölkəsində "sərt xətt tərəfdarları" və "mülayimlər" arasında heç bir ayrı-seçkiliyin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Pezeşkian bildirib ki, İranda "sərt xətt tərəfdarları" və ya "mötədillər" yoxdur: "Hamımız iranlıyıq və inqilabçılarıq. Millətin və dövlətin dəmir birliyi ilə, ölkə liderinin göstərişlərinə tam itaət etməklə təcavüzkarı peşman edəcəyik. Tək Tanrı, bir millət, bir lider və bir yol - bu, İran üçün canımızdan əziz olan qələbə yoludur."

ABŞ Prezident Tramp daha öncə sosial media hesabında İranda liderlik mübarizəsinin getdiyinə dair iddia irəli sürmüşdü.

Tramp deyib: “İran liderinin kim olduğunu anlamaqda çox çətinlik çəkir. Onlar həqiqətən bilmirlər. Daxili münaqişələr meydanda ciddi şəkildə uduzan "sərt xətt tərəfdarları" ilə o qədər də mülayim olmayan, amma hörmət edilən "mülayimlər" arasında şiddətli mübarizə gedir", - deyə o bildirib.