AĞCABƏDİ, 23 aprel. TELEQRAF

Ağcabədidə uçan bəndin bərkitmə işləri gecə saatlarında da davam edir.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində uçan bəndin bərkitmə işləri davam etdirilir.

Hazırda əraziyə cəlb olunan aidiyyəti qurumların texnikası və canlı qüvvəsi bəndin bərpası istiqamətində fasiləsiz çalışır.

Ərazidə vəziyyət nəzarətdə saxlanılır və suyun qarşısının alınması üçün əlavə tədbirlər görülür.

Bəndin tam bərpa olunması üçün işlərin intensiv şəkildə aparıldığı bildirilir.