BAKI, 23 aprel. TELEQRAF

İranın nüvə proqramı ABŞ ilə danışıqların əsas mövzusu deyil.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib

Bəqayi qeyd edib ki, əvvəlki danışıqlar raundlarında müzakirələr İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil. XİN nümayəndəsi vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.

Bəqayi vurğulayıb ki, danışıqlar mövzuları da vəziyyətdən asılı olaraq dəyişəcək. O qeyd edib ki, İran üçün sanksiyaların aradan qaldırılması, kompensasiya və təcavüzkarlıq məsələlərinin istənilən razılaşmaya daxil edilməsi vacibdir.