BAKI, 3 sentyabr. TELEQRAF
Fransa milli komandasının hücumçusu Vissam Ben-Yedder həyat yoldaşına qarşı psixoloji zorakılıqda ittiham olunur.
Teleqraf “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, Nitsa Cinayət Məhkəməsinin üərarına görə, 35 yaşlı futbolçu bu səbəbdən həyat yoldaşına 60 min avrodan çox təzminat ödəməlidir.
Məbləğin yarısı zərərin ödənilməsi üçün, yarısı isə məhkəmə xərcləri üçün nəzərdə tutulub. Bundan əlavə, Ben-Yeddder növbəti altı ay ərzində ailə zorakılığına qarşı profilaktik kurs keçməlidir.
Məhkəmə qərarını futbolçunun telefon zəngləri əsasında verib. Həmin zənglərdə 2019/20 mövsümünün Fransa çempionatının ən məhsuldar hücumçusu həyat yoldaşına qarşı alçaldıcı və təhqiramiz sözlər işlədib. Hal-hazırda boşanma prosesində olan cütlükdən Ben-Yeddder onu maliyyə baxımından da qeyri-sabit vəziyyətdə qoyub. Onun vəkili bildirib ki, “Tuluza”, “Monako” və “Sevilya”nın keçmiş hücumçusu məhkəmə qərarına apellyasiya verməyi planlaşdırır.
Xatırladaq ki, 2023-cü ildə Ben-Yeddder İspaniyada vergi fırıldağına görə şərti altı aylıq həbs cəzasına və cəriməyə məhkum olunub. O, həmçinin təcavüz, təcavüz cəhdi və cinsi zorakılıq ittihamları ilə istintaq altındadır. Ben-Yeddderin son klubu isə İranın “Sepahan” komandası olub. O, orada bir neçə ay çıxış edib.