BAKI, 20 avqust. TELEQRAF

Ukraynanın “Şaxtyor” klubunun sabiq futbolçusu Aleksandr Rosputko Rusiya “Çayka”sına keçib.

Teleqraf xəbər verir ki, bu barədə I Liqanın rəsmi saytında məlumat yayılıb.

Rosputkonun saytdakı profilində Rusiya vətəndaşı və Rostov təmsilçisinin üzvü olduğu göstərilir.

Qeyd edək ki, Aleksandr Rosputko 2023-cü ilin oktyabrında "Şaxtyor"un Belçikada "Antverpen" komandası ilə UEFA Gənclər Çempionlar Liqası matçından sonra Ukraynaya qayıtmayıb. Sonradan məlum olub ki, o, Rusiyaya qaçıb.