BAKI, 28 iyul. TELEQRAF
“Zirə”nin futbolçusu Salifu Suma İsveçin “Malmö” komandasına transfer olub.
Teleqraf xəbər verir ki, 22 yaşlı hücumçu yeni komandası ilə 4,5 illik müqavilə müqavilə imzalayıb.
O, "Malmö"də 15 nömrə altında çıxış edəcək.
"Qartallar" Sumaya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Zirə" iyulun 31-də Xorvatiyanın Split şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Hayduk"un qonağı olacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
