BAKI, 26 iyul. TELEQRAF

Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Karvan” yeni transferini açıqlayıb.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Vadim Abdullayevlə anlaşıb.

Abdullayev ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu son olaraq “Araz Naxçıvan”ın formasını geyinib.