BAKI, 24 iyul. TELEQRAF
Bu gün "Araz-Naxçıvan" və "Sabah" komandaları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaqlar.
Teleqraf xəbər verir ki, "Araz-Naxçıvan" "Dalğa Arena"da Yunanıstan "Aris"ini sınağa çəkəcək.
"Sabah" isə Moldovada "Petrokub"un qonağı olacaq.
Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub. "Aris" isə 4-cü yeri tutub.
Azərbaycan Kubokunu qazanmış "Sabah" qitəmiqyaslı turnirdə mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən başlayıb. Sloveniya "Tsele"sinə əlavə vaxtda uduzan (2:3, 3:2) Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv bu dəfə Moldova çempionatını 4-cü pillədə başa vurmuş "Petrokub"la qarşılaşacaq. Rəqib komanda Konfrans Liqasının I təsnifat mərhələsində Maltanın "Birkirkara" klubunu üstələyib - 0:1, 3:0.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya)
Bakı, "Dalğa Arena"
21:00. "Petrokub" (Rumıniya) - "Sabah" (Azərbaycan)
Hakimlər: Qal Leyboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)
Kişineu, "Zimbru" stadionu
Qeyd edək ki, cavab görüşləri iyulun 31-də keçiriləcək.